Cəlilabadda marketin qabağında ağacların kəsilməsi ilə bağlı tədbir görülüb


Cəlilabad şəhəri, Heydər Əliyev prospektindəki marketin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir neçə ağacın Cəlilabad şəhər sakini Elnur Ağayev tərəfindən kəsildiyi müəyyən olunub.

“Faktla bağlı akt, protokol tərtib edilib və E.Ağayev barəsində qanunamüvafiq tədbir görülüb”, - deyə o qeyd edib.
Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara qulluq göstərilməsi məqsədilə Cəlilabad bələdiyyəsinə müvafiq göstəriş verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu