Çinlilərin sevərək yediyi çay yumurtası resepti


Çin mətbəxində sayılsa da, Asiya mətbəxində məşhur olan çay yumurtalarının necə hazırlanması yəqin ki, məlumatlı olan hər kəsi maraqlandırır.


Bu yazıda həmin proses haqda məlumat verəcəyik. Öncəyən qeyd edək ki, siz heç vaxt belə yumurta yeməmisiniz!

Çay yumurtaları Çində tez-tez qəlyanaltı kimi satılır. Sərt qaynadılmış yumurtanın qabığını yarıb çay, sous və ədviyyatlarla qaynatmaqla hazırlanır. Onun digər adı mərmər yumurtadır. Yumurta qabığındakı çatlar mərmərə bənzər naxış əmələ gətirdiyi üçün belə adlanır.

Çin küçə yeməkləri arasında yer alan çay yumurtası xüsusilə gecə bazarlarında və Asiya restoranlarında verilir.

Yumurtadan əlavə soya sousu və qara çay yarpaqlarından istifadə edilir. Bundan əlavə, yumurtaya dad vermək üçün ədviyyatlar, üyüdülmüş darçın, anis, şüyüd toxumu, mixək və cichuan bibərindən ibarət ədviyyat tozu əlavə edilir.

Bəzi reseptlərdə çay yarpaqlarından istifadə edilməsə də, ona çay yumurtası deyilir.

Əvvəlcə yumurtalar qaynadılır. Bərk bişdikdə sudan götürülür və hər yumurtanın qabığı bir az qırılır. Qabıqda nə qədər çox çatlar varsa, bir o qədər çox naxış yaranır. Təxminən 10 dəqiqədən sonra yumurtalar hazırlanmış ədviyyatlı çay mayesinə qoyulur və orta istilikdə qaynadılır. Qaynadıqda, ədviyyatlı maye yumurtaları marinasiya edərək çatlara sızır. Təxminən 20 dəqiqədən sonra yumurta və içində olduqları maye şüşə və ya keramika qabına köçürülür və soyuducuya qoyulur. Bir neçə saatdan sonra çay ilə yumurtanız hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu