Yaponiyada yaşıl çayın bir kiloqramı rekord qiymətə satıldı
Yaponiyada yaşıl çayı ilə məşhur olan Şizuokada mövsümün ilk məhsulunda bir kiloqram çay yarpağı 1,11 milyon yenə, təxminən 7 min 200 dollara satılaraq rekord qırıb.
NHK dövlət televiziyasının xəbərinə görə, Tokionun cənubundakı Şizuoka şəhərində 1957-ci ildən bəri keçirilən ənənəvi çay bazarında mövsümün ilk auksionu keçirilib.
Hərracda ölkə daxilində istehlak edilən məşhur "yabukita" növü yaşıl çay yarpaqlarının kiloqramı bu günə qədərki ən yüksək qiymətə 1,11 milyon yenə satılıb.
Bazarda maklerlərin yerli abak “soroban”la hesabladıqları qiymətdən sonra satıcı və müştərinin eyni anda üç dəfə əl çaldığı ənənəvi “teuçi” icra edilərək razılıq əldə olunub.
Fermerlərin bağlı olduğu Ryoqoçi Çay Sənayesi Dərnəyinin prezidenti Hideki Moçizuki açıqlamasında "Xoş qoxulu çay istehsal etdik. Ümid edirik ki, dadı və ətri insanların xoşuna gələcək" deyib.
Səlahiyyətlilər bu il çay rekoltesinin azalmasının martın sonuna doğru davam edən soyuq havanın təsiri səbəbiylə satış qiymətlərini artırdığını ifadə edib.
Hərracda satılan çayın orta qiyməti kiloqramı üçün 77 min 637 yen, təxminən 501 dollar olub.