Çayı Şri-Lankadan alır, qablaşdırır ixrac edirik, adını da "yerli istehsal" qoyuruq - ekspert


Bu ilin I yarısında Azərbaycan Şri-Lankadan çay idxal edən ölkələr arasında 6-cı yerdə qərarlaşıb. Hesabat dövründə Şri-Lankadan ən çox çayı İraq (14,73 milyon kiloqram) alıb.


Siyahını 13,33 milyon kiloqramla Türkiyə, 12,34 milyon kiloqramla Rusiya, 7,49 milyon kiloqramla BƏƏ və 5,77 milyon kiloqramla Çin izləyib. Azərbaycanın nə qədər çay idxal etdiyi isə açıqlanmayıb.

AFN.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, xəbər bir neçə məqama görə diqqətçəkəndir: "Bizim Gömrük Komitəsinin rəsmi məlumatına görə bu ilin ilk 6 ayında Şri-Lankadan 29 mln. 292 min dollarlıq mal almışıq, çox güman, tamamına yaxını məhz çaydır. Elə həmin mənbəəyə görə Azərbaycan 6 aya 6159 ton çay idxal edib (statistik dəyəri 32 mln. 759 min dollar). Rəsmi məlumata görə, ölkəyə gətirilən çay 1 kq-ı 5,3 dollar, və ya 9 manat olub. Niyə bu vacibdir onu da deyim – Azərabycanda çay istehsalı ancaq qablaşdırmadan ibarətdir, orada yerli olan ancaq qutunun üzərinə çəkilən salafanla qutu arasında qalan havadır. Yəni, Şri-Lankadan gətirilən çay Azərbaycanda qablaşdırılır və satışa çıxır. Yaxşı, bizdə çay neçəyədir, deyim də, 100 qram çayın ortalama qiyməti 2 manat 50 qəpikdir – yaxşı biznesdir, 1 kiloqramını 9 manata alırsan, sadəcə qablaşdırırsan və 25 manata satışa çıxarırsan.
Bu məsələnin başqa tərəfi də var – hökumət deyir ki, qeyri-neft istehsal artır, bu çay məsələsi də yerli istehsal kimi rəsmiləşdirilir. Eyni mənzərə süd məsulları, şəkər və şəkər tozu, düyü, qarabaşaq və s. məhsullarda da müşahidə olunur – xammal alınır, bizdə sadəcə qablaşdırılır və satılır, adı da olur yerli istehsal".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu