Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb


Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.


Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Qəbələ, Goranboy, Tovuz, Yardımlı və Lerik rayonu ərazisində ümumilikdə 65 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli və külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu