ABŞ İrandan Oman körfəzində SEPAH tərəfindən ələ keçirilən tankeri azad etməyi tələb edib
ABŞ İrandan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Oman körfəzində ələ keçirdiyi neft tankerini azad etməyi tələb edib.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı rəsmi Tvitter səhifəsində neft tankerinin dərhal buraxılması tələbini dərc edib. "Gəminin ələ keçirilməsi "beynəlxalq hüquqa ziddir, həmçinin regional təhlükəsizlik və sabitliyə xələl gətirir" - deyə tələbdə qeyd edilir.
İranın İRNA agentliyinin məlumatına görə, Marşal adalarının bayrağı altında üzən naməlum tankerin qaçırılması İrandan gələn gəmi ilə toqquşmadan sonra baş verib və nəticədə iranlı ekipajın iki üzvünün həlak olması ilə nəticələnib. Saxlanıldıqdan sonra İİKK tankeri İslam Respublikasının sahil sularına göndərib.