Türkiyə vətəndaşları 75 ölkədə səs verməyə başlayıb


Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi başlayıb.


Bu barədə məlumatı TRT yayıb.

Məlumata görə, ölkənin Ali Seçki Qurumunun qərarına əsasən, 75 ölkədə 156 seçki məntəqəsində səsvermə keçirilir. Məntəqələr Türkiyənin diplomatik nümayəndəliklərində yerləşir. Bununla yanaşı, Türkiyənin sərhəd məntəqələrində, quru nəzarət-buraxılış məntəqələrində, hava və dəniz limanlarında vətəndaşların səs verə bilməsi üçün 4600 məntəqə təşkil edilib.
Ətraflı

Ümumilikdə 3,6 milyondan çox Türkiyə vətəndaşı xarici ölkədə səs verə biləcək.

Bundan əlavə, Ali Seçki Qurumunun qərarı ilə Sudanda mövcud vəziyyətlə əlaqədar bu ölkədə məntəqə qurulmayıb. Sudandakı nümayəndəlikdə 985 Türkiyə vətəndaşının səs verməsi planlaşdırılırdı.
Sərhəd məntəqələrində səsvermə mayın 14-ü yerli vaxtla 17:00-da, diplomatik nümayəndəliklərdə isə mayın 9-u başa çatacaq.

Qeyd edək ki, daha əvvəl də Türkiyədə keçirilən seçki ilə əlaqədar olaraq xarici ölkələrdə seçki prosesi vaxtından əvvəl başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu