AMB beş bankda yoxlama aparıb


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2016-cı ildən etibarən yaranmış qısa açıq valyuta mövqeyi problemi 2022-ci ilin iyul ayının əvvəllərində Mərkəzi Bankın valyuta satışı hesabına həll edilərək normativ tələbə uyğunlaşdırılıb.


APA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Vurğulanıb ki, bankın likvidlik və valyuta mövqeyi davamlı əsasda nəzarətdə saxlanılır.

AMB həmçinin 2022-ci il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlılığının diqqətdə saxlandığını açıqlayıb:
“Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Hesabat dövründə beş bankda, dörd bank olmayan kredit təşkilatında və “Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə dörd bankda tematik yoxlama aparılıb. Nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlılığı qorunub, əhalinin bank sektoruna inamı artıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu