Ermənilər hərbçilərimizin sərhəd-keçid məntəqəsi qurmasını lentə alıblar - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Sözügedən məsələ ilə bağı görüntülər də yayılıb. Belə ki, Ermənilər Azərbaycan hərbçilərinin sərhəd-keçid məntəqəsi qurmasını lentə alıblar.