Bu rekordu kimsə çətin qıra: Taha Akgül 10-cu dəfə Avropa çempionu olub


Güləş üzrə Avropa çempionatında Türkiyəni 125 kiloqramda təmsil edən Taha Akgül finalda gürcü rəqibi Geno Petriaşvilini 9-4 hesabı ilə məğlub edərək 10-cu dəfə Avropa çempionu olub.


AFN.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən böyüklər arasında güləş üzrə Avropa çempionatında 125 kq çəkidə sərbəst mübarizə aparan milli güləşçi Taha Akgül bundan əvvəlki Avropa çempionatının finalında qarşılaşdığı gürcü Geno Petriaşvili ilə növbəti dəfə qarşılaşıb. Qarşılaşmaya nəzarətlə başlayan Taha rəqibini yerdə yaxalayıb. Xəbərdarlıq və qamçı xalları ilə 5-0 önə keçən və dövrəni 5-0 öndə bağlayan milli güləşçi ikinci hissəyə sürətli başlayıb və 4 xalla hesabı 9-0 edib. Son dəqiqədə rəqibinə 4 xal qazandırsa da, Akgül 9-4 hesabı ilə qalib gələrək 10-cu dəfə Avropanın zirvəsinə yüksəlib.

2012, 2013, 2014, 2015, 2017, 2018, 2019, 2021 və 2022-ci illərdə sərbəst güləşdə qızıl medal qazanan milli güləşçi bu il qızıl medallarının sayını 10-a çatdıraraq, qırılması çətin olan rekorda imza atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu