Azərbaycanda üç ayda dövlət xətti ilə 111 milyon manat ipoteka krediti verilib


Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 111 milyon manat kredit verilib.


Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30% artaraq 96,5 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100% azalıb, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 21,9 milyon manata düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu