Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçi mübarizəyə başlayır
Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
"Report" xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.