Bakıda iki şirkət arasındakı ədavət sakinlərin başında çatladı - VİDEO


Yeni Günəşli qəsəbəsinin “V” massivində yerləşən bina 13V-nin sakinləri mənzillərinin bir neçə nəfərə satıldığından şikayətçidirlər.


Sakinlərin sözlərinə görə, “Arko” MMC ilə “Badu-Kübə” MTK arasındakı ədavət onların evsiz qalmasına səbəb olub.

“Məhkəməni uduzmuşam. Gözləyirəm ki, məni gəlib nə vaxt küçəyə atacaqlar”, - zərərçəkən deyib.
Adıçəkilən qalmaqallı şirkətlərlə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Biri deyir ki, mənzil mənimdir, satmışam, digəri deyir ki, mənzil mənimdir, mən də başqasına satmışam. Nəticədə əziyyəti pulunu verib ev alan sakinlər çəkirlər.

Daha ətraflı Baku TV-nin süjetində:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu