Lavrova ABŞ-a getmək üçün viza verilmədi
![](/uploads/posts/2023-04/1681286559_lavrovafn5.jpg)
Apreldə Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Musavat.com xəbər berir ki, bu iclasda iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova və bu ölkənin nümayəndə heyətinə ABŞ-a getmək üçün viza verilməyib.
TASS-ın məlumatında qeyd edilir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də jurnalistlərə açıqlamasında bildirib.
“Hələ ki heç birimizə viza verməyiblər”, - deyə o, jurnalistin sualına cavab olaraq qeyd edib.