İspan yazıçısı Fernando Sançez Draqo vəfat edib


Dünya şöhrətli ispan yazıçısı Fernando Sançez Draqo vəfat edib.


AFN.az xəbər verir ki, 86 yaşlı yazıçının ölüm xəbərilə bağlı EFE xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Fernando Sançez Draqonun ölümünə səbəb infarkt olub. Yazıçı Castilfrio de la Sierra şəhərindəki evində dünyasını dəyişib. O, huşsuz vəziyyətdə qonşular tərəfindən aşkar edilib və təcili yardım çağırılıb. Müəllib xilasedicilər gələnə qədər dünyasını dəyişib.

Fernando Sançez Draqo 2 oktyabr 1936-cı ildə Madriddə anadan olub. Yaradıcılıq fəaliyyəti dövründə o, 45-dən çox əsər, o cümlədən bir çox avtobioqrafik roman və esselər yazıb. O, oxuculara daha çox “Ürək yolu” və “Paralel ölümlər” kimi əsərləri ilə tanşdır. 1992-ci ildə Draqo "Labirint sınağı" kitabına görə "İspan dilində ən yaxşı roman" nominasiyası üzrə Milli Planet Mükafatına layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu