İngiltərədə ilk dəfə it alkoqolizmdən müalicə olundu
Böyük Britaniyada baytarlar ilk dəfə alkoqoldan əziyyət çəkən iti müalicə ediblər.
AFN.az teleqraf.com-a istinadən xəbər verir ki, labrador cinsindən olan 2 yaşlı Koko sahibinin ölümündən sonra başqa bir itlə birlikdə sahibsiz itlər üçün sığınacağa yerləşdirilib.
İtlərin gəlişindən dərhal sonra qıcolmalara başlaması və təcili yardıma ehtiyacı olması mütəxəssisləri təəccübləndirib. Sonradan baytarlar müəyyən ediblər ki, qıcolmalar alkoqoldan sonra "çəkilmə"nin nəticəsidir. Nəşrin məlumatına görə, sahibləri yeyib-içdikdən sonra itlər süfrədə qalan alkoqolu içirmişlər. Bununla da onlar alkoqol aludəçisinə çevriliblər.
İkinci it bu dövrü adlada bilmədiyi üçün ölsə də, baytarlar Kokonu dörd həftə narkoz altında saxlayaraq onu sağaldıblar. O, hələ başqa ailədə yaşamağa hazır deyil. Sığınacaqdan bildirilib ki, Koko fiziki cəhətdən sağlam görünür, lakin hələlik bəzi narahatlıqları var. Onlar itin davranışının və vəziyyətinin yaxşılaşacağına inanırlar.