İnam Kərimov Ali Məhkəmənin sədri olacaq? - İDDİA


AFN.az-a hazırkı nazirlərdən birinin Ali Məhkəməyə sədr təyin ediləcəyi ilə bağlı məlumat daxil olub.


Bildirilir ki, Ramiz Rzayevdən sonra hələlik boş olan bu vəzifəyə kənd təsərrüfatı naziri İnam Kərimov gətiriləcək. Məlumat bir neçə gün əvvəldən redaksiyamıza daxil olsa da, araşdırmağı, hansı nazirdən söhbət getdiyini dəqiqləşdirməyi qərara aldıq. Bu gün parlamentdə İ.Kərimovun Ali Məhkəməyə hakimliyi məsələsi müzakirəyə çıxarıldıqda, daşlar yerinə oturdu.
İ.Kərimovun əslində hüquqşünas olması onun Ali Məhkəməyə sədr olmasını qadağan etmir. Qeyd edək ki, İ.Kərimov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir.
İ.Kərimov 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. Təhsili və indiyədək işlədiyi vəzifələrlə kənd təsərrüfatı sahəsi fərqlilik təşkil etdiyi üçün İ.Kərimov kənd təsərrüfatı naziri təyin ediləndə ictimaiyyət təəccüblə qarşılamışdı. Təəccüblənənlər yanılmadılar, onun nazirliyi dövründə kənd təsərrüfatı sahəsində vəziyyət daha da pisləşdiyini rahatlıqla demək olar. Məhz İ.Kərimovun rəhbərliyi dövründə kənd təsərrüfatı məhsullarının qiymətində fantastik artım qeydə alınıb. Aqrar sahədə fəaliyyət göstərən xırda fermer təsərrüfatları demək olar ki, ciddi zərbə alaraq sıradan çıxdı.

Ali Məhkəmənin sədri vəzifəsinə gələrsə, onun hüquqşünas kimi daha faydalı ola biləcəyini düşünənlər də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu