Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub


Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.


Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu