İsrailin XİN başçısı: "Azərbaycan strateji tərəfdaşımızdır"
"Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".
AFN.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir:
“Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - nazir vurğulayıb.