Güllələnən Fazil Mustafadan ilk açıqlama - "Maşından tullandım"


"Bir neçə dəqiqə əvvəl hazırda Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasında olan deputat Fazil Mustafa mənə zəng edb".


AFN.az xəbər verir ki, bunu haqqin.az saytının rəhbəri Eynulla Fətullayev deyib.

Bir neçə saat əvvəl yaralı deputat 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub, daha sonra təhlükəsizlik məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasına aparılıb.

Fazil Mustafanın özü jurnalistlə söhbətində ötən gün həyata keçirilən sui-qəsddən danışıb:

"Evə getdim. Pultun düyməsini basdım və maşını qaraja almaq istədim. Birdən maşının ö şüşəsi sındı. Nə baş verdiyini başa düşmədim. Çiynimdə dəhşətli ağrı hiss etdim. Yalnız ağrıdan sonra bunun atəş olduğunu başa düşdüm, atəş səslərini eşitdim. Atəş başladı. Qapını açıb maşından tullandım. Darvazaya doğru bir neçə addım atana ikinci güllə dəydi. Ayağımdan yaraladılar. Evə daxil oldum və dedim ki, tez qapını bağlasınlar. Evdəkilər atəş səsinə həyətə çıxdılar. Qapını bağladılar. Təcili yardımı və polisi çağırdılar. Artıq təcili yardım maşınında özümü təhlükəsiz hiss etməm üçün xəstəxanaya aparılmağı xahiş etdim. Çox qan itirmişəm. Başqa heç nə xatırlamıram".

Eynulla Fətullayevin "Tək atışlar idi, yoxsa avtomatik?" sualına Fazil Mustafanın yanında olan həyat yoldaşı cavab verib: "Dəhşətli atışma idi. Avtomatik…"

Fazil Mustafa isə "Mən özüm necə sağ qaldığımı başa düşmədim. Allah qorudu. Möcüzə baş verdi",-deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu