Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb
![](/uploads/posts/2023-03/1679770944_meyit3.jpg)
Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AFN.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.