Qrossi: Zaporojyedə vəziyyət hələ də təhlükəlidir


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) vəziyyətin hələ də təhlükəli olduğunu bildirib.


Qrossinin sözlərinə görə, martın 5-10-13-də MAQATE-nin Zaporojyeyə Dəstək və Yardım Missiyası araşdırma aparmağı planlaşdırsa da, uğursuz alınıb və baxışın bu gün keçirilməsi planlaşdırılır. Vəziyyətin hələ də təhlükəli olduğunu vurğulayan MAQATE rəhbəri martın 9-da 11 saat ərzində obyektin bütün xarici enerjini itirdiyini açıqlayıb. "Bu, obyekti reaktorun soyudulması və digər vacib nüvə təhlükəsizliyi funksiyaları üçün təcili dizel generatorlarına etibar etməyə məcbur etdi. ZNPP-də nüvə təhlükəsizliyi qeyri-sabit vəziyyətdədir. Magistral elektrik xəttindən gələn fasilə və təmir işləri 330 kV-luq xətt olmadan aparılarsa, bu, elektrik enerjisinin tam kəsilməsinə səbəb olacaq və stansiyanı yeddinci dəfə son müdafiə xətti olan dizel generatorlarından asılı vəziyyətə salacaq" - deyə Rafael Qrossi qeyd edib.

Qrossi, martın əvvəlində ZNPP-yə edilən hücumdan sonra verdiyi açıqlamada "Bunun davam etməsinə icazə versək, bir gün bəxtimiz tükənəcək" - deyə obyektin təhlükəsizliyi üçün təcili çağırış etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu