Hatayda zəlzələdə zərər çəkən cütlüyə Bodrumda toy etdilər - FOTOLAR


Kahramanmaraş baş verən dağıdıcı zəlzələlərə Hatayda yaxalanan insanlar arasında nişanlı cütlük də var.


AFN.az xəbər verir ki, 20 yaşlı Güləndam Yunus və 29 yaşlı Məhəmməd Günəşli Bodrumda toyda toy edib. Bodrum Bələdiyyə Başçısı Əhməd Arasın təşkil etdiyi toy mərasimində cütlük göz yaşlarına hakim ola bilməyib. Hatay Kırıkhanda yaşayan Məhəmməd Günəşli dağılmış evlərini ailəsi ilə birlikdə tərk edərək Aksaraya gedib. Günəşlinin nişanlısı Güləndam Yunus isə hadisədən sonra ailəsi ilə birlikdə Bodrumdakı qohumlarının yanına gedib. Fevralın 15-də ailə həyatı quracaq cütlük zəlzələ səbəbindən toylarını təxirə salmalı olub.

Nişanlı cütlüyün ailələrinin evləri dağılarkən, cehizləri və bütün əşyaları dağıntılar altında qalıb. 35 günlük ayrılıqdan sonra Günəşli ailəsi ilə 3 gün əvvəl Aksaraydan Bodruma gələrək toy hazırlıqlarına başlayıb. Bunu eşidən bodrumlular evlənəcək cütlük üçün səfərbər olub. Bəziləri gəlinliklərini, bəziləri bəy kostyumlarını, bəziləri isə bərbər xərclərini üzərinə götürüb.

Bodrum Otelçilər Dərnəyi Başçısı Ömər Faruk Dengiz və otel işçiləri də cütlüyün evlənməsinə dəstək olub. Cütlüyün toyu Bodrum Bələdiyyə Başçısı Əhməd Arasın ofisində keçirilib. Duyğulu anlar yaşanan toy mərasimində Bodrum Bələdiyyə Başçısı Əhməd Aras, BODER Başçısı Ömər Faruk Dengiz, cütlüyün ailəsi və yaxınları iştirak edib.

Çox çətin günlər yaşadıqlarını bildirən Güləndam Yunus, "Çətin anlar yaşadıq. Yanımızda olan hər kəsə çox sağ olun deyirəm. Çox xoşbəxtik. Yaxın ailəmdə heç nə yoxdur, amma təəssüf ki, həyatını itirən qohumlarım var. Evlənməyə hazırlaşarkən zəlzələ nəticəsində evdəki cehizimiz xarab oldu. Şükür Allaha, canımızı xilas etdik, sevgilim yanımdadır” - deyə hisslərini bölüşüb.

Hər şeyə sıfırdan başlayacaqlarını bildirən Məhəmməd Günəşli “Hataydan Bodruma gəldik. İstərdik ki, doğma şəhərimizdəki şadlıq sarayında ailəmizlə toy edək. Bodrumlular bizi tək qoymadılar. Bodrum Bələdiyyə başçısı Əhməd Arasa çox təşəkkür edirəm. Biz ən qısa zamanda evə qayıtmaq istəyirik”, - deyə bildirib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu