Qaçaq Nəbinin kötücəsi aydınlıq gətirdi: "Həcər ikinci dəfə ailə quranda..."


Son günlər Qaçaq Nəbinin kötücəsinin babasının işğaldan azad edilmiş yurdunu ziyarət etməsi xəbəri cəmiyyətdə xeyli çaşqınlıq yaradıb. Biz hər zaman Qaçaq Nəbi və xanımı Həcərin sonsuz olduğunu oxumuşuq, elə bilmişik. Sovet dövründə yazılan kitablarda, çəkilən filmlərdə bu belə təbliğ edilib. Bu baxımdan insanlar "Qaçaq Nəbinin övladı olmayıb, o zaman bu kötücə hardan çıxdı" sualını tez-tez səsləndirirlər.


AFN.az xəbər verir ki, unudulmaz qəhrəmanlarımızdan olan Qaçaq Nəbinin kötücəsi, hazırda Türkiyədə yaşayan Arzu Qurbani məsələyə aydınlıq gətirib. O, bildirib ki, Nəbi ilə Həcər sonsuz olmayıb, onların 3 övladı olub: "O zaman mövcud şəraitdən dolayı bu həqiqət gizlədilib. Amma bu yanlış məlumatlar dövlət quruluşu dəyişəndə arxivdən çıxarılıb düzəldildi. Nəbi ilə Həcərin 2 oğlu 1 qızı olub. Mən onların qız övladı Zeynəbin oğlu, I Qarabağ müharibəsi şəhidi Əliş kişinin nəvəsiyəm. Yəni mənim babam Nəbi ilə Həcərin nəvəsidir. Beləliklə, mən də onların kötücəsiyəm".
Arzu Qurbani bildirib ki, Qaçaq Nəbi öldürüldükdən sonra 2 oğlu rejimə qarşı gələr, taleləri atalarına oxşayar qorxusu ilə Türkiyəyə qaçırılıblar: "Qızı Zeynəb anası Həcərlə Azərbaycanda qalıb. Kəndin ağsaqqalları Həcəri dul yaşayıb müxtəlif təzyiqlərə tuş gəlməməsi üçün Həmzə adlı özündən böyük biri ilə evləndiriblər. Həcər Nəbidən sonra Həmzəylə ailə quranda qızı Zeynəb 3-4 yaşında olub. Türkiyə tərəfə keçən 2 oğlunun isə indi nəticələri və kötücələri var. Bunlar faktlarla təsdiqlənmiş doğru məlumatlardır. Yaxşı olar ki, cəmiyyət buna inansın artıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu