Yunanıstanda qatar qəzası ilə bağlı 3 günlük matəm elan edilib
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dəmir yolu qəzasında insanların həlak olması ilə əlaqədar üç günlük matəm elan edib
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Yunanıstanda Larisa şəhəri yaxınlığında yük qatarı ilə sərnişin qatarı toqquşub. Hadisə nəticəsində 32 nəfər vəfat edib, 85 nəfər yaralanıb.
Baş nazirin qərarı ilə 2023-cü il martın 1-dən martın 3-dək həlak olanlar üçün üç günlük ümummilli matəm elan edilib, bütün ictimai binalardakı bayraqlar yarıya qədər endirilib, kütləvi bayram tədbirləri ləğv ediləcək.