Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar Hacıyev aclığı dayandırıb.
AFN.az xəbər verir ki, bunu ictimai fəalın vəkili Aqil Layıc bildirib. Bəxtiyar Hacıyevlə görüşdüyünü deyən vəkil qeyd edib ki, o, rəsmi və faktiki olaraq öz təşəbbüsü ilə, ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb: "Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcək".