Cozef Borel İranı kəskin tənqid edib
İran Rusiyanı müasir silahlarla təmin edir və bununla da beynəlxalq hüququn norma və prinsiplərini pozur.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, proseslərdən Aİ-nin narahatçılığı birbaşa İran rəsmilərinə və beynəlxalq ictimaiyyətə bildirilib, lakin heç bir nəticə əldə olunmayıb. “Mən bu narahatlığımı hər fürsətdə dilə gətirirəm. İran hökuməti insan haqlarına hörmət etmir, ölkədə daxili repressiyalar və ölüm cəzasını tətbiq edir. Digər tərəfdən, İranın Rusiyanı silahla təmin etməklə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə kifayət qədər əməkdaşlıq etməmək kimi ciddi nöqsanları mövcuddur" - deyə Borel vurğulayıb.
Aİ nümayəndəsi bu mövzuda dəfələrlə İranın xarici işlər naziri və digər rəsmiləri ilə təmasda olduğunu deyib. Onun sözlərinə görə, İran beynəlxalq hüququn norma və prinsiplərini pozur və bu birmənalı rəddediləndir.