Rusiyanın START ilə bağlı qərarı beynəlxalq təhlükəsizlik sistemini məhv edir


Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırmaq qərarı beynəlxalq təhlükəsizlik sistemini məhv edir.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib. "Rusiyanın START ilə bağlı verdiyi qərar soyuq müharibədən sonra yaradılmış beynəlxalq təhlükəsizlik sistemini məhv edir. Bu qərardan sonra beynəlxalq təhlükəsizliklə bağlı yeni tədbirlər haqqında düşünməliyik", - deyə Borel Ukraynanın Xarici işlər naziri ilə danışıqlardan sonra açıqlamasında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu