Çavuşoğlu: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək"
"Ermənistan dar günə bizə dostluq əli uzatdı".
"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir:
"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək".
Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir:
"Bu gün bu barədə də danışdıq".