Türkiyə Prezidenti İsrail XİN başçısını qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.
“Report” xəbər verir ki, bu barədə İsrail XİN başçısının tviter səhifəsində bildirilib.
Məlumata görə, görüşdə Qəzza zolağında vəziyyət, HƏMAS-ın əlində olan İsrail əsgərinin meyitinin qaytarılması və İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, Eli Kohen Türkiyədə baş verən zəlzələnin nəticələrinn aradan qaldırması çərçivəsində Türkiyəyə səfər edib.