Rusiya da Qafanda konsulluq açıq?
2022-ci il oktyabrın 21-də İranın Qafanda Baş Konsulluğunun açmasından sonra Rusiyanın Ermənistandakı səfirliyi də oxşar istəyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə Ermənistanın “Johovurd” qəzeti məlumat yayıb.
“Rusiya bu istəyi ilə bağlı müxtəlif kanallarla Ermənistan Respublikasının hakimiyyət orqanlarını məlumatlandırıb. Əvvəllər İrana Zəngəzurda konsulluq açmağa icazə verənlər indi bu məsələdə strateji müttəfiqdən necə imtina etməyi müzakirə edirlər”-qəzey belə yazıb.
“Johovurd” qəzeti Rusiyanın Zəngəzurda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistana rəsmi və ya qeyri-rəsmi müraciət edib-etmədiyinə aydınlıq gətirmək üçün bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Ermənistanda XİN-in cavabında deyilir: “Ermənistan Respublikası Rusiya Federasiyasından Zəngəzurda konsulluğun açılması ilə bağlı rəsmi müraciət almayıb”.
Qeyd edilir ki, Ermənistan XİN-in cavabı yalnız rəsmi təklifin olmamasından ibarətdir və qeyri-rəsmi sorğu ilə bağlı heç bir söz yoxdur.
Rusiyanın Ermənistandakı səfirliyi isə “Johovurd” qəzetinin bu məsələ ilə bağlı sorğusuna cavab verməyib.
M.Vahidli