Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirilib


Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirilib.


Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.

O bildirib ki, bu, Türkiyə ilə həmrəylik rəmzidir: “Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 5 894 nəfər ölüb, 34 810 nəfər yaralanıb. Təbii fəlakət zamanı 5 775 bina dağılıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu