Dağıntılar altında qalan AKP-li millət vəkili Yakup Taş həyatını itirdi
Zəlzələdə dağıntılar altında qalan AK Partiya Adıyaman Millət vəkili Yakup Taş həyatını itirib.
AFN.az "Habertürk"ə istinadən xəbər verir k, bununla bağlı AK Partiya Qrup sədr müavini Bülent Turan açıqlama verib. "Adıyaman millət vəkilimiz Yakup Taşı zəlzələdə itirdik... Səmimi, həmişə gülərüz və mehriban bir insan idi. Deputatımıza və zəlzələdə itirdiyimiz bütün qardaş-bacılarımıza Allahdan rəhmət diləyirik” - deyə Bülent Turan bildirib.
Yakup Taşın həyat yoldaşı, qardaşı, bibisi, nəvəsi və 2 qardaşı oğlunun da cansız cəsədlərinin tapıldığı öyrənilib. TBMM sədri Mustafa Şentop Taş üçün başsağlığı mesajı yayıb.
Qeyd edək ki, İYİ Partiyanın Gaziantep Nurdağ rayon təşkilatının sədri Bünyamin Tek və həyat yoldaşı da zəlzələdə həyatını itirib. İYİ Partiya sədrinin baş müşaviri Buğra Kavuncu Twitter hesabında İYİ Partiya rayon sədri və həyat yoldaşının dünyasını dəyişdiyini təsdiqləyib.