Azərbaycanda güclü zəlzələ gözlənilir?
Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı ilə bağlı açıqlama verilib.
AFN.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında mövzu ilə bağlı sualı cavablandırıb. Q.Yetirmişli bildirib ki, belə bir ehtimal hələlik mövcud deyil: "Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur".
Q.Yetirmişli həmçinin bildirib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanda hiss olunmayıb. Buna səbəb isə dalğaların buralara gələnəcən sönməsi olub.