Azərbaycanın qeyri-neft ixracı 23 %-dək artıb


Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 milyon ABŞ dolları təşkil edib.


Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 % artaraq 3 milyard 047,67 milyon ABŞ dollarına bərabər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu