ABŞ-ın Rusiyadakı keçmiş səfiri qələbə formulu hazırlayıb


Rusiya Federasiyasının prezidenti Vladimir Putin müttəfiqlərin dəstəyini zəiflətmək üçün Ukraynada müharibəni uzatmağı gözləyir. Silahlar, sanksiyalar və iqtisadi dəstək Kiyevə bu il döyüş meydanında qalib gəlməyə kömək edəcək
.

"Hərbi və iqtisadi yardımın getdikcə genişlənməsi yalnız müharibəni qeyri-müəyyən müddətə uzadacaq. Bunun əvəzinə 2023-cü ildə ABŞ, NATO və demokratik dünya sıçrayışı dəstəkləməyə çalışmalıdır. Bu, daha təkmil silahlar, Rusiyaya qarşı daha çox sanksiyalar və daha çox iqtisadi yardım deməkdir. Ukraynaya bunların heç biri tədricən paylanmamalıdır”, - AFN.az-ın xəbərinə görə, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol “Foreign Affairs” məqaləsində belə yazııb.
Eyni zamanda o, qeyd edib ki, ilk növbədə, Ukrayna öz hərbçilərinin hücuma keçməsinə imkan verəcək silahlar almalıdır.
"Ukraynanın artıq tədarük edilənlərin çoxuna ehtiyacı var: daha çox "HIMARS"-a və "GMLRS"-a.
Ukraynaya nə qədər çox baraj sursatları çatdırılsa, bir o qədər yaxşıdır", - diplomat bildirib.
Bundan əlavə, o, tədarük olunan silahların keyfiyyətinin yaxşılaşdırılmasının zəruri olduğunu bildirib. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin qırıcıları ATACMS uzaqmənzilli raket sistemi, MiQ-29 qırıcıları, "Grey Eagl" (Boz Qartal) və "Reaper" kimi müasir pilotsuz təyyarələr almalıdır. Həmçinin, keçmiş səfir əmindir ki, ukraynalı pilotlar "F-16"-ları idarə etməyi öyrənməlidirlər.
“NATO "Böyük partlayış"a getməli və bütün bu sistemləri fevralın 24-də, Putinin işğalının birinci ildönümündə təhvil vermə planlarını elan etməlidir”, - Makfol belə yazıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu