Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını təsdiqləyib.
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşıb və layihə MŞ-yə təqdim olunub. Şura Konsepsiyanı müzakirə edərək təsdiqləyib.
Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlərin keçirilib, müzakirələr zamanı yüzlərlə təklifin irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflərin daxil olub, bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib sonra isə sənədin layihəsi hazırlanmışdı.