Köçəryanın media imperiyası çökdürülür


“Robert Köçəryanın və ailəsinin adı ilə bağlı mediada ixtisarlar başlayıb”.


AFN.az xəbər verir ki, bu barədə “Yerevan today.am” xəbər portalından “Hraparak”a açıqlama verilib. “Fevralın 1-dən portal minimum üzvlüklə fəaliyyət göstərəcək. Maliyyə problemləri ilə bağlı digər KİV-lərdə də ixtisarlar olacaq”-deyə məlumatda bildirilir.
Prosesin siyasi çalarları da var: Öz komandası ilə son görüşündə Robert Köçəryan bildirib ki, o, müxalifət meydanını zəbt etməkdə və yeni müxalifətin formalaşmasına mane olmaqda ittiham olunduğuna görə passiv mövqe tutmaq qərarına gəlib.
O, komandasına öz addımlarını atmaqda sərbəst olduqlarını deyib”-“Hraparak” belə yazır.
Qeyd edək ki, Ermənistanın aparıcı media orqanları Robert Köçəryanın maliyyə nəzarətindədir. Sözügedən məlumat Köçəryanın media imperiyasının çökdürüldüyünü göstərir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu