Putinlə Priqojın arasında qarşıdurma yaranıb


“Vaqner” şirkətinin sahibi Yevgeni Priqojın Baxmutun ələ keçirilməsindəki uğursuz cəhdlərinə görə Rusiya prezidenti Vladimir Putinin gözündə hakimiyyətini və nüfuzunu itirib.


AFN.az-ın xəbərinə görə, Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildiriblər ki, “Priqojının ulduzu batmağa başlayıb”.
Onların fikrincə, Putin, yəqin ki, ona və ordu generalı Sergey Surovikinə ilk növbədə, mümkün qədər çox ərazini fəth etməyi, ikincisi isə ukraynalıları kütləvi raket hücumları ilə mənəvi cəhətdən sındırmağı tapşırıb.
“Hər iki cəhd uğursuz olub. Çünki Priqojinin Baxmutu ələ keçirmək cəhdləri başa çatdı. Surovikinin hava kampaniyası isə Rusiyanın dəqiq idarə olunan raket ehtiyatının böyük hissəsini istehlak edərək Ukrayna vətəndaşlarına əziyyət verməkdən başqa heç nəyə yaramayıb. Lakin Priqojın özü qərara alıb ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun hərbi məsələlərdə birinciliyinə etiraz etmək üçün kifayət qədər səlahiyyətlərə malik olduğuna qərar verib”.
Analitiklər belə ümidləri puç hesab edirlər. Çünki Putin yenidən nizami orduya diqqət yetirib.
Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Priqojinin apardığı informasiya müharibəsi səbəbindən Rusiyada orduya inam azalır. Ekspertin sözlərinə görə, muzdlu dəstənin sahibi bu yolla Dövlət Dumasına düşməyə ümid edir.
Mətbuatda dəfələrlə Priqojınla Rusiya Federasiyasının komandanlığı arasında narazılıq yarandığı barədə məlumatlar yayılıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu