ABŞ və Ukrayna müdafiə nazirləri görüşüb

ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Oustin tviterdə paylaşım edib.
O, ukraynalı həmkarını görməkdən məmnunluğunu ifadə edib: “Biz Ukraynanın özünümüdafiəsini dəstəkləmək üçün sizinlə çiyin-çiyinə dayanmaqdan qürur duyuruq. Sizin arxasınızda 50-ə yaxın xalqdan ibarət kollektiv var”.
Qeyd edək ki, nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bir araya gəliblər.