Bayden ikinci müddətə prezidentliyə gedir - AÇIQLAMA


ABŞ prezidenti Co Bayden yaxın bir neçə həftəyə 2024-cü ildə təkrar seçkilərə qatılmaq planlarını açıqlamağı planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Kampaniya hazırlıqları ilə tanış olan mənbələr Baydenin bunu fevralın 7-də dövlət işlərinin vəziyyəti haqqında müraciətindən sonra elan edəcəyini deyir.
Yaza yaxın isə bu barədə bir daha rəsmi açıqlama veriləcəyi qeyd edilir.
Mənbələr onu da bildirib ki, Baydenin vitse-prezident olduğu dövrə aid gizli sənədlərin qeyri-münasib yerlərdə tapılması bu planları dəyişməyib.
Qarşıdakı aylarda Baydenin rəhbərliyi altında əldə edilən qələbələrindən, xüsusilə də iş yerlərinin sayının artmasından və inflyasiyanın qarşısını almasından danışacağı gözlənilir.
Eyni zamanda, demokratlar gizli sənədlərin tarixçəsinin qarşıdan gələn kampaniyaya zərər verə biləcəyindən narahat olduqlarını bildirirlər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu