Erməni keşiş Güney Azərbaycanın azadlığına qarşı


Güney Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan İran hökumətinə minnətdarlıq edib.


AFN.az-ın məlumatına görə, Çiftçiyan İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid klisə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib.
Arxiyepiskop İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu qeyd edib.
Xatırladaq ki, Çiftçiyan bir neçə gün öncə də Fransanın "Charlie Hebdo" nəşrinin Xameneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən narahatlığını ifadə edib.
"Bu addım ermənilərin də ürəyini yaralayıb"- Çiftçiyan belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu