Bayden jurnalistlərdən qaçır: gizli sənəd qalmaqalı-VİDEO


Ofisindən, evindən, hətta qarajından gizli sənədlər çıxan ABŞ prezidenti Co Bayden jurnalistlərdən uzaq durmağa çalışır və qalmaqala münasibət bildirmir.


AFN.az NTV.ru-ya istinadən xəbər verir ki, prezident Bayden yanvarın 16-da Ağ Evə qayıdarkən jurnalistlərdən mümkün qədər uzaq keçməyə çalışıb. Hələ də gizli sənədlərinin olub-olmaması sualına necə cavab verəcəyini bilməyən Bayden mediadan uzaq durmağı çıxış yolu bilir.
Keçən həftə məxfi sənədlərin axtarışının başa çatdığı və daha heç bir sənəd qalmadığı bildirilsə də, bu açıqlamadan dərhal sonra yeniləri tapıldı - bu dəfə Baydenin şəxsi evindəki qarajda, sonra isə evin otaqlarının birində.

Bütün araşdırmalardan sonra məlum olub ki, prezidentin evi məxfi xidmət tərəfindən qorunsa da, Ağ Evdəki kimi ziyarətçilər qeydə alınmır. Yəni nəzəri olaraq, Baydenlərə gələn hər kəs, o cümlədən evdə işləyən qulluqçular məxfi sənədlərə çıxış əldə edə bilərdi. Yeri gəlmişkən, Baydenin sənədləri ilə bağlı qalmaqalla Trampın ötən yay malikanəsində tapılan gizli sənədlərlə bağlı qalmaqal arasındakı əsas fərq də budur. Sabiq prezidentin məsələsində onun Mar-a-Laqodakı evi təkcə mühafizə olunmur, bütün otaqlarda videokameralar var.

Onu da bildirək ki, Respublikaçılar artıq Bayden sənədləri ilə bağlı araşdırmalara başlayıblar - Ədliyyə Komitəsində və Nümayəndələr Palatasının Nəzarət Komitəsində. Və bu, ABŞ Ədliyyə Nazirliyinin apardığı təhqiqata əlavədir. İlk nəticələr gözlənilməzdir və şübhəsiz ki, ABŞ-ın hazırkı prezidenti üçün daha çox suallar doğuracaq. Belə ki, məlum olub ki, 2017-ci ilin martından 2018-ci ilin fevralına qədər, yəni Bayden vitse-prezidentlik müddətini başa vuranda və artıq Ağ Evdən sənədləri Uilminqtona aparanda bu evi oğlu Hunter Bayden icarəyə götürüb. "Sənədlərə görə, ildə 49.000 dollar ödənildiyi bildirilsə də, vergi bəyannaməsində cəmi 19.000 dollar ödəndiyi göstərilib. Bu da başqa bir cinayətdir deyə ABŞ-da şərhçilər bildirirlər. Üstəlik, əgər o vaxt evdə dövlət sənədləri var idisə, yüngül həyatı ilə məşhurlaşan Hunter asudə vaxtlarında dövlət sirlərini də gözdən keçirmiş ola bilərdi. Həm də tək yox, yanındakı fahişələrlə birlikdə" - deyə NTV-nin hazırladığı süjetdə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu