Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və baş həkim təyin edilib
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor və baş həkim təyinatı olub.
Təyinatlarla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb.
Belə ki, əmrə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin edilib.
Bundan əlavə, nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova isə Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.