Vüqar Qurbanov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin etdi


Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.


Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun inkişafında müstəsna rol oynayacağına inandığını bildirib. O, mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün qeyd edək ki, İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb. İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb. Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib. Dəfələrlə xarici ölkələrdə ağciyər xəstəlikləri ilə bağlı keçirilən seminar və konfranslarda ölkəmizi təmsil edib. İ.Axundova 200-dən çox elmi məqalənin müəllifidir. Tibb elmləri namizədidir.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu