İsveç parlamenti sədrinin Türkiyəyə planlaşdırılan səfəri Mustafa Şəntop tərəfindən ləğv edilib
İsveç parlamentinin sədri Andreas Norlenin yanvarın 17-də Türkiyəyə edəcəyi rəsmi səfər ləğv edilib.
AFN.az xəbər verir ki, Andreas Norlenin səfəri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop tərəfindən ləğv edilib.
Buna səbəb terror təşkilatı PKK/YPG-nin Stokholmda prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəni hədəf alan aksiya reallaşdırması olub. Belə ki, PKK-çılar bələdiyyə binası qarşısında qurduqları mexanizmlə Prezident Rəcəb Tayyib Ərdoğanın maketini başıaşağı asıblar.