Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib


Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib.


AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib. Yeddi gün ağır reanimasiyada olan Konstantini xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1964-cü il martın 6-dan 1973-cü il iyunun 1-dək Yunanıstanı idarə etmiş kralın səhhətində ciddi problemlər yaranmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu