Bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur, amma... - İlham Əliyev erməni havadarlarına XƏBƏRDARLIQ ETDİ


Bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur.


AFN.az xəbər verir ki, bunu yerli televiziya kanallarına müsahibə verərkən Prezident İlham Əliyev deyib. "Bizi bu işdə günahlandıranlar sadəcə ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, bəzi Qərb mediasında bizə qarşı yeni çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Bunun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq, artıq bu il belə hadisələr baş verməyəcək. Mən yenə deyirəm, əgər biz görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa, Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik. Bəribaşdan onların arxasında dayananları da xəbərdar edirik" - deyə İ.Əliyev qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu