Həkimlər Navalnı ilə bağlı Putinə müraciət edib


Rusiyalı həkimlər Rusiya Prezidenti Vladimir Putinə açıq məktub göndərərək, həbsdə olduğu müddətdə onuncu dəfə Vladimir vilayətindəki ciddi rejimli koloniyadakı cəza kamerasına göndərilən müxalifətçi Aleksey Navalnını təhqir etməyi dayandırmağı və ona lazımi tibbi yardım göstərməyi xahiş ediblər.


AFN.az-ın məlumatına görə, “Meduza” nəşrinin dərc edilən məktubda deyilir ki, Aleksey Navalnının saxlanma şəraiti və xarici görünüşü onun həyatı və sağlamlığı üçün böyük narahatlıq yaradır. Federal Penitensiar Xidmətin nümayəndələrinin həbsdə olan müxalifətçiyə lazımi dərmanları verməkdən imtina etməsi Rusiya vətəndaşı Aleksey Navalnının həyatı üçün birbaşa təhlükə yaradır.
“Tibbi nöqteyi-nəzərdən aydındır ki, Aleksey Navalnıya kifayət qədər tibbi yardım göstərilmir və onun cəza kamerasında saxlanması onun vəziyyətinə tamamilə ziddir”-müraciəti imzalayan rusiyalı həkimlər belə deyir. Onlar vətəndaşların sağlamlıq və tibbi yardım almaq hüququnun Rusiya Konstitusiyasında təsbit edildiyini xatırladıb.
Rusiyalı həkimlər Konstitusiyanın təminatçısı kimi prezident Putinə müraciətində mülki həkimlərin Aleksey Navalnı ilə görüşməsinə icazə verilməsini və sübut olarsa, onun tam müayinə və müalicə üçün mülki xəstəxanaya yerləşdirilməsini tələb edirlər.
Məktubu əksəriyyəti Moskvadan olan 36 həkim imzalayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu