Türkiyənin məşhur futbol klubunun prezidenti istefa verdi


Türkiyənin "Qazintep" Futbol Klubunun prezidenti Cevdet Akınal tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.


AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, Spor Toto Super Liqa komandalarından olan "Qaziantep" FK-nın prezidenti Cevdet Akınal verdiyi açıqlamada vəzifəyə gəldikləri 2021-2022 mövsümündən bəri ictimaiyyətə əks olunmayan müxtəlif çətinliklərlə komandanı bu günə gətirdiklərini açıqlayıb. Akınal "Qaziantep" FK-nın uğuru üçün "əlini daşın altına" qoyduğunu bildirib. "Şəxsi fikrimiz yox idi, ola da bilməzdi. Yaxşı niyyətlə və fədakarlıqla bir nöqtəyə gəldik. "Qaziantep"in gözləntilərini qarşılayacaq və rəngləri ilə Antepin şanlı müdafiəsini simvolizə edən qırmızı-qara formaya töhfə vermək istəyən "Qaziantep" sevərlərin yolunu açmaq üçün bu gündən etibarən vəzifəmizi tərk etdiyimizi ictimaiyyətin nəzərinə çatdırırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu